AZ

Qanunsuz mərc oyunlarının keçirildiyi saytları reklam etdi, araşdırma başlanıldı

İstanbul Cümhuriyyət Prokurorluğu Türkiyədə bir neçə telekanala və “Exxen” videoşəbəkəsinə sahib olan “Fənərbaxça”nın ikinci prezidenti Acun Ilıcalı haqqında araşdırmaya başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, məşhur aparıcının rəhbərlik etdiyi telekanallarda UEFA Millətlər Liqasının oyunları zamanı qanunsuz mərc oyunlarının keçirildiyi internet saytları reklam edilib.

Bu səbəbdən Acunun sahibi olduğu TV8 kanalı və “Exxen” platforması haqqında prokurorluq tərəfindən araşdırma başladılıb.

Bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində bir sıra məşhurlar da saxlanılıb. Həmin şəxslərdən müğənni Serdar Ortaç və teleaparıcı Mehmet Ali Erbil daha sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Seçilən
81
sportinfo.az

1Mənbələr