AZ

Cinsiyyətini dəyişdirən türk aktyor iş tapa bilmir - FOTOLAR

Türkiyənin tanınmış aktyoru Ahmet Melih Yılmaz, məşhur "Çukur" serialında canlandırdığı Timsah Celil obrazı ilə böyük maraq qazanmışdı. Lakin o, 2022-ci ildə sosial media vasitəsilə cinsiyyətini dəyişərək Meli Bendeli adını aldığını açıqladı.

Musavat.com xəbər verir ki, bu dəyişiklik onun şəxsi həyatı ilə yanaşı, karyerasına da ciddi təsirlər göstərdi.

Meli Bendeli cinsiyyətini dəyişəndən sonra əvvəlki aktyor işlərini itirdiyini bildirib. O, iştirak etdiyi tədbirlərdən birində artıq seks işçisi kimi fəaliyyət göstərmək məcburiyyətində qaldığını etiraf edib. Bendelinin bu açıqlaması cəmiyyətdə müzakirələrə səbəb oldu.

Anasının Etirafı:

Meli Bendelinin anası Zuhal Yılmaz isə oğlunun arxasında dayandığını vurğulayıb. O, “Bu, bizim ailə məsələmizdir və heç kəsin şəxsi həyatımıza qarışmağa haqqı yoxdur. Hər kəs öz həyatına baxmalıdır,” deyə açıqlama verib.

Mükafat və Tənqidlər:

Son vaxtlarda "Pembe Hayat"dan mükafatını alan Bendeli, çıxışı zamanı həm də cəmiyyətin qınağına və ön yargılarına qarşı mübarizə aparmağın çətinliklərindən danışıb. Mükafat, onun LGBTQ+ hüquqları uğrunda verdiyi mübarizəyə bir dəstək kimi qəbul edilib.

 

Musavat.com

Seçilən
45
33
musavat.com

10Mənbələr