Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəsə çağıran qətnaməyə səsvermə zamanı veto qoyması beynəlxalq ictimaiyyətin anklavda atəşkəsin yaradılmasına yönəlmiş səylərini puç edir.
APA xəbər verir ki, bu barədə HƏMAS hərəkatı “Telegram” kanalında məlumat yayıb.
“Amerika hakimiyyətinin vetodan istifadə etmək qərarı bir daha sübut edir ki, Birləşmiş Ştatlar İsrailin Fələstin xalqına qarşı təcavüzünün birbaşa tərəfdaşıdır. Vaşinqton həm bölgədə davam edən müharibəyə, həm də işğala görə birbaşa məsuliyyət daşıyır”, - məlumatda deyilir.