AZ

Dünya Bankı Cənubi Qafqazda iqlim təşəbbüslərini genişləndirir - Roland Prays (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

Dünya Bankı (DB) iqlim dəyişikliyi ilə mübarizəni özmissiyasının mərkəzinə qoyub.

Bunu Trend-əözəl müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regionaldirektoru Roland Prays bildirib.

Prays təşkilatın strateji iqlim təşəbbüslərindən və əldə olunanirəliləyişdən danışıb.

“2023-cü ilin oktyabrında biz mandatımızı yenidən nəzərdənkeçirdik. Bu, hamıya bir siqnal oldu ki, artıq iqlim yoxsulluqlamübarizə üzrə əsas missiyamızın mərkəzində dayanır”, – deyə o qeydedib.

DB-nin iqlim dəyişikliyinə dair səylərinin mərkəzində üç əsastəşəbbüs dayanır. Birinci təşəbbüs İqlim və İnkişaf üzrə ÖlkəHesabatlarıdır (CCDR). Bu, üç il əvvəl təqdim edilmiş diaqnostikvasitədir.

“Hesabatın məqsədi hökumətlərə prioritet fəaliyyətləri müəyyənetməyə kömək etməkdir. Bu fəaliyyətlər istixana qazı emissiyalarınıazaldır, uyğunlaşma və dayanıqlılığı artırır, eləcə də daha genişinkişaf hədəflərinə nail olmağa töhfə verir. Əsas məqam ondadır ki,burada seçimlər mövcuddur. Bu, hökumətləri düşünməyə vadar edir:əgər ixtiyarınızda xərcləmək üçün 1 dollar olsaydı, iqlim vəinkişaf sahəsində ən yüksək nəticəni harada əldə edə biləcəyinizimüəyyənləşdirə bilərsiniz?”, – deyə o bildirib.

İkinci təşəbbüs iqlim dəyişikliyi ilə mübarizə üçünmaliyyələşdirmənin genişləndirilməsinə yönəlib. Prays bildirib ki,DB iqlim maliyyələşdirilməsinə ümumi kredit portfelinin 35 faiziniayırmaq üzrə ilkin məqsədini aşaraq, keçən maliyyə ilində rekordhəddə – 42,6 milyard dollara çatıb.

“2025-ci ilin 30 iyununda başa çatacaq maliyyə ili ərzində burəqəmi 35 faizdən 45 faizə yüksəltməyi planlaşdırırıq. Bu,əhəmiyyətlidir, çünki bank balansı optimallaşdırıldıqca ümumikreditləşmə artacaq, bu isə həm faiz, həm də iqlimmaliyyələşdirilməsinə ayrılan məbləğin artması deməkdir”, – deyə obildirib.

Üçüncü təşəbbüs tərəfdaşlıqların inkişafına yönəlib. Praysçoxsahəli inkişaf bankları və özəl sektorla əməkdaşlığınvacibliyini vurğulayıb.

“Son bir il ərzində biz daha məqsədyönlü fəaliyyət göstərmişik.2030-cu ilə qədər iqlim dəyişikliyi ilə mübarizə üçün hər il 120milyard dollar ayırmaq məqsədimizi müəyyən etmişik”, – deyə o əlavəedib.

Prays bildirib ki, COP29 sammiti, DB-nin iqlim problemlərininhəlli üzrə səylərini nümayiş etdirmək və iqlim siyasətindəliderliyini gücləndirmək üçün unikal bir fürsət təqdim edir.

“Biz iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə təmin edən əsasçoxtərəfli inkişaf bankı olaraq qalırıq. Bu təşəbbüslər bizim iqlimproblemlərinin həllinə və dayanıqlı inkişaf məqsədlərinə dəstəköhdəliyimizi əks etdirir”, – deyə o bildirib.

Özəl sektorun iqlim maliyyələşdirilməsindərolu

Daha sonra Dünya Bankının regional direktoru iqlimtəşəbbüslərinin maliyyələşdirilməsinə və az karbonlu iqtisadiyyatakeçidə özəl sektorun cəlb edilməsi barədə danışıb.

"Hökumətlər bu məsələnin öhdəsindən təkbaşına gələ bilməzlər.Hətta çoxsahəli inkişaf banklarının dəstəyi ilə belə bu, olduqcaböyük bir çağırışdır. Məhz buna görə də biz diqqətimizi özəlsektorun, investisiyaların və maliyyələşdirmə imkanlarınıngenişləndirilməsinə yönəldirik”, – deyə o bildirib.

Prays qeyd edib ki, Dünya Bankı hökumətlərə az karbonluiqtisadiyyata keçid üçün strukturlaşdırılmış yol xəritələrihazırlamaqda kömək edir və bu prosesdə özəl sektorun aparıcı rolunuvurğulayır.

“Bu yol xəritələri hökumətlərə dayanıqlı inkişaf yolundaatılmalı olan addımları və özəl sektorun oynaya biləcəyi rolu aydınşəkildə göstərir,” - deyə o bildirib.

Bu istiqamətdə atılan əsas addımlardan biri Dünya Bankında iqlimmaliyyələşdirilməsinin səfərbər edilməsi üzrə xüsusi bölməninyaradılmasıdır.

“Iqlim maliyyələşdirilməsi hökumətlər üçün ya kifayət qədərəlçatan deyil, ya da çox bahalıdır. Yeni bölmə özəl sektor vədonorların qrantlarını bankın maliyyə alətləri ilə, məsələn,Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) və BeynəlxalqYenidənqurma və İnkişaf Bankının (IBRD) resursları ilə birləşdirir.Bu, iri iqlim layihələrini, o cümlədən dövlət-özəl tərəfdaşlığı vəkarbon bazarlarını dəstəkləməyə imkan yaradır,” - deyə o əlavəedib.

Dünya Bankı həmçinin karbon maliyyələşdirilməsini fəal şəkildəinkişaf etdirir, ölkələrə emissiyaların azaldılması üçün bazarlaryaratmaqda kömək edir.

“Getdikcə daha çox ölkə karbon bazarlarını təşkil etməyinyollarını axtarır. Məqsəd odur ki, ölkələr və şirkətlər emissiyalarüzrə kvotalarını alıb-sata bilsinlər və bu yolla qlobal iqlimhədəflərinə çatsınlar. Emissiyaları uğurla azaldan ölkələr bumexanizmlər vasitəsilə əlavə maliyyə əldə edə bilərlə,” - deyə obildirib.

Çoxsahəli inkişaf banklarının iqlimmaliyyələşdirilməsinin artırılması üçün əməkdaşlığı

Roland Prays çoxsahəli inkişaf banklarının inkişaf proseslərinəiqlim amillərini inteqrasiya etmək məqsədilə yeni yanaşmalarıbarədə danışıb.

“Çağırış həqiqətən böyükdür. Biz həmişə ayrı-ayrı ölkələrləonların inkişaf ambisiyalarına uyğun şəkildə işləyirik. İndi isə bumüzakirələr getdikcə daha çox iqlim məsələlərini əhatə edir,” -deyə o bildirib.

Regional direktor iqlim aspektlərinin müxtəlif layihələrə necədaxil edildiyini izah edib.

“Məsələn, əvvəllər yalnız daha yaxşı məktəblərin tikintisindəndanışırdıqsa, indi infrastrukturu iqlim dəyişikliklərinə dayanıqlıetmək və ya elektrik təminatı üçün günəş panelləri quraşdırmaqyollarını müzakirə edirik. Hökumətlərlə əməkdaşlıqda diqqətimizigetdikcə daha çox istixana qazı emissiyalarına, uyğunlaşmaya vədayanıqlığa yönəldirik,” - deyə o bildirib.

Prays iri layihələrin həyata keçirilməsində əməkdaşlığınvacibliyini də qeyd edərək, Qara dənizdəki sualtı kabel layihəsinimisal çəkib. “Bu, 3 milyard dollar dəyərində infrastrukturproqramıdır. Bilirik ki, bank və hökumətlər bunun öhdəsindəntəkbaşına gələ bilməzlər. Buna görə də Asiya İnkişaf Bankı və,mümkün ola bilər ki, Avropa Yenidənqurma və İnkişaf Bankı kimidigər banklarla fəal əməkdaşlıq edirik,” - deyə o bildirib.

Cənubi Qafqazda həssas təbəqələrin dəstəklənməsinəDB-nin töhfəsi

Roland Prays qeyd edib ki, Dünya Bankı Cənubi Qafqazda iqlimdəyişikliyinə uyğunlaşma və bu dəyişikliklərə dayanıqlıq sahələrinəxüsusi diqqət yetirərək, ən həssas təbəqələrə fəal şəkildə dəstəkverir.

"Biz ən kasıb və həssas icmalara diqqət yetiririk", - deyə ovurğulayıb.

O, xüsusilə təbii fəlakətlərə məruz qalan bölgələrdə, məsələn,sahilyanı ərazilər və çay sahillərində dayanıqlı icmalarınyaradılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Dünya Bankı Cənubi Qafqaz dövlətləri iləenerji və nəqliyyat kimi əsas sektorlarda aşağı karbonlutexnologiyalara keçidi əhatə edən yol xəritələrinin hazırlanmasıüzrə fəal əməkdaşlıq edir. O, emissiyaların azaldılması üçündayanıqlı nəqliyyatın əhəmiyyətini vurğulayıb.

Azərbaycanda xüsusilə su çatışmazlığı problemi əsas müzakirəmövzularından biri olub.

"Suvarma kanallarının əksəriyyəti yenilənməyə ehtiyac duyur", -deyə Prais bildirib.

O, suyu qənaətlə istifadə etməyə imkan verən, eyni zamandayüksək məhsuldarlığı dəstəkləyən iqlimə uyğun kənd təsərrüfatıtexnologiyalarının tətbiqinin vacibliyini vurğulayıb.

Gürcüstanda diqqət enerji keçidi və kənd təsərrüfatı sektorununmodernləşdirilməsinə yönəlib. Prais bu təşəbbüsləri iqlimdəyişikliyi problemini yerli səviyyədə həll etməyə yönəlmiş dahageniş strategiyanın bir hissəsi kimi xarakterizə edib.

"Bizim işimiz iqlim dəyişikliklərinə cavab verə biləcəkinfrastrukturu yenidən nəzərdən keçirməkdir, çünki bu dəyişikliklərgetdikcə daha çox baş verir", - deyə o əlavə edib.

Prays Xəzər dənizinin səviyyəsinin azalması və bunun OrtaDəhlizin əsas ticarət marşrutu kimi istifadəsinə mümkün təsirləriməsələsinin aktuallığını da vurğulayıb.

"Biz iqlim dəyişikliyinin ticarətə, xüsusilə Orta dəhlizətəsirini nəzərdən keçirdik. Bu dəhliz Asiyanın mərkəzindənbaşlayır, Xəzər dənizini keçərək Qafqaz və Qara dəniz üzərindənAvropa ilə Şərqi birləşdirən mühüm multimodal marşrutdur. Dəniz vədəmir yolu marşrutları da daxil olmaqla, multimodal daşımalarzamanı oxşar çağırışlar yaranır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, quraqlıq, daşqınlar və ekstremal istilikkimi iqlim riskləri nəqliyyat infrastrukturunun tikintisi vəbərpası zamanı nəzərə alınmalıdır.

"Bu şərtlər materialların seçiminə və relslərinyerləşdirilməsinə təsir edir. Bunlar bizim diqqət yetirdiyimizvacib aspektlərdir. Mən yanaşma dəyişikliyindən danışanda nəzərdətuturam ki, bu gün bizim qurumlar və hökumətlər bu faktorlarıişlərinə inteqrasiya edir. İqlim artıq uzaq bir təhdid deyil — o,hər gün bizə təsir edir. Buna görə də, iqlim dəyişikliyinəuyğunlaşma və təbii fəlakətlərə qarşı həssaslığın azaldılması bizimgündəlik fəaliyyətimizin ayrılmaz hissəsinə çevrilib", - deyə Praysvurğulayıb.

Dünya Bankı Cənubi Qafqazda iqlim çağırışları barədədanışıb

"Bəzi ölkələr, o cümlədən əvvəllər yağıntılar vasitəsilə təminolunan su mənbələrinin azalması səbəbindən, su resurslarının ciddiçatışmazlığı ilə üzləşir. Həm quraqlıq, həm də su çatışmazlığıciddi problemlər yaradır. Daşqınlar da həll edilməli olan başqamühüm bir problemdir. Bunlar bizim dəstək göstərdiyimiz ölkələrüçün real çətinliklərdir. Biz universal alətlərdən istifadə edir vəhökumətlərə dərin analiz aparmaq və prioritetləri müəyyən etməkdəkömək etmək üçün səylərimizi birləşdiririk. Məqsədimiz həllərtapmaq və eyni zamanda uzunmüddətli inkişaf hədəflərinə çatmaqdairəliləyiş əldə etməkdir", - deyə Prays bildirib.

Dünya Bankının əsas alətlərindən biri ölkələrin aşağı karbonluiqtisadiyyata keçid strategiyalarını hazırlamasına istiqamət verənİqlim və İnkişaf Hesabatıdır.

"Biz həmçinin iqlim çağırışlarına uyğunlaşdırılmış layihələryaradan dayanıqlı infrastruktura fəal şəkildə investisiyayatırırıq. Bundan əlavə, köhnə obyektlərin dəyişən iqlimtələblərinə uyğunlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Ancaq bizanlayırıq ki, iqlim layihələrinin uğurla həyata keçirilməsiinstitusional potensialın möhkəmləndirilməsi olmadan mümkün deyil.Bu, həm dövlət qurumlarına, həm də kiçik bizneslərə aiddir. Bir çoxmüəssisə məhsullarını yeni iqlim şəraitinə uyğunlaşdırmaq üçündəstəyə ehtiyac duyur. Buna görə də, biz potensialın artırılmasınavə bu problemləri həll etmək üçün texniki yardım göstərməyə diqqətyetiririk. Bu tədbirlər Dünya Bankının Cənubi Qafqaz ölkələrinəiqlim dəyişikliyinə və onun təsirlərinə qarşı mübarizədə köməketdiyi praktiki addımların yalnız bir hissəsidir", - deyə Praysyekunlaşdırıb.

Dünya
Dünya
Dünya
Dünya
Dünya
Seçilən
34
2
az.trend.az

3Mənbələr