AZ

COP29-un İqlim Səfirləri seminarında karbon bazarlarının fəaliyyətini izləyən müstəqil beynəlxalq qurumun yaradılması təklif edilib

Bakıda "COP 29" İqlim Konfransı çərçivəsində dayanıqlıq və qlobal karbon bazarı standartları mövzusunda İqlim Səfirləri seminarı keçirilib.

“İki sahil” “əl-Əhram” portalına istinadla xəbər verir ki, beynəlxalq davamlılıq və iqlim risklərinin ölçülməsi üzrə misirli mütəxəssis doktor Mustafa əş-Şərbininin moderatorluğu ilə keçirilən tədbirdə karbonun qiymətləndirilməsi üçün açıq və vahid beynəlxalq standartların yaradılmasının vacibliyi vurğulanıb. Bu, ölkələr arasında karbon kreditlərinin tədavülündə şəffaflıq və ədaləti təmin etməklə yanaşı, karbon bazarının könüllü alətlərinin gücləndirilməsini və dekarbonizasiya texnologiyalarında innovasiyaları təşviq etməyi nəzərdə tutur.

Həmçinin seminarda günəş və külək enerjisi, yaşıl hidrogen kimi təmiz enerji əsaslı layihələrə maliyyə dəstəyi göstərilməsi, dayanıqlı həllər üçün sərmayələrin təşviqi təklif edilib. Eyni zamanda emissiya azaldılması məqsədlərinə nail olan və dövri iqtisadiyyat həyata keçirən müəssisələrin stimullaşdırılması və inkişaf etməkdə olan ölkələrdə davamlı inkişaf layihələrinin hazırlanması üçün dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Seminarda, həmçinin, dayanıqlılığın və karbon izinin azalmasının vacibliyi barədə maarifləndirmə işlərinin genişləndirilməsinin, dayanıqlı kənd təsərrüfatı və bioloji müxtəlifliyin qorunması sahəsində innovasiyaların təşviqinin vacibliyi qeyd edilib. Bununla yanaşı, karbon hədəflərinə nail olunmasında, eləcə də süni intellekt və əşyalar interneti (IoT) kimi müasir texnologiyalardan istifadə edilməsində ölkələrin və şirkətlərin nailiyyətlərini izləmək üçün qlobal platformaların yaradılmasının faydalı olacağı bildirilib.

Bundan başqa, tədbirdə karbon emissiyalarını azaltmaq proqramlarının təkmilləşdirilməsi və təbiətə əsaslanan həllər sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə regional əməkdaşlıq birliklərinin qurulmasının əhəmiyyəti vurğulanıb. Eləcə də, meşələrin və bataqlıq ərazilərinin bərpasına, torpaqlarda karbonun udulmasının artmasına yönələn layihələrə, manqrov ağacları və dəniz otları kimi su ekosistemlərində karbonun saxlanılmasını təmin etmək üçün Mavi karbon strategiyalarının gücləndirilməsinin mühümlüyünə diqqət yetirilib.

Seçilən
36
2
ikisahil.az

3Mənbələr