AZ

“Milliyə çağırılan hər oyunçu ödəniş alır”

Rusiya millisinə çağırılan futbolçular ödəniş alır.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol ittifaqımın rəhbəri Aleksandr Dyukov yerli mətbuata açıqlamasında deyib:

“Milliyə çağırılan hər oyunçu ödəniş alır, lakin bu, simvolik məbləğdir. Rəsmi yarışlar olmadığı müddətdə bonuslar ödənilmir və futbolçulara müəyyən məbləğ verilir. Bu, 5 min dollardan çox azdır”.

Rusiya yığması 2022-ci ilin yayından beynəlxalq yarışlardan kənarlaşdırılıb. Buna səbəb rusların Ukraynaya hücumudur.

Seçilən
16
futbolpress.az

1Mənbələr