AZ

Aktyor ağır qəza törətdi!

Fransa prokurorluğu “Asteriks və Obeliks Sezara qarşı” filmindəki musiqiçi Konservatoriks obrazı ilə tanınan aktyor Pyer Palmadanın yol qəzası törətdiyinə görə 5 il həbs edilməsini istəyib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil qəzası ötən il fevralın 10-da Sena və Marna departamentində baş verib. 

Maşını idarə edən aktyor idarəetməni itirərək digər avtomobilə çırpılıb, 3 sərnişin, o cümlədən uşağını itirən hamilə qadın ağır xəsarət alıb. 

Hadisə baş verən zaman Palmad narkotikin təsiri altında olub.

Saxlanılan aktyor insult keçirən və müalicə alıb. Daha sonra isə nəzarətə götürülüb. 

Məhkəmədən əvvəl Palmad zərərçəkmişlərdən əfv istəyib. O, narkotik və spirtli içkilərdən istifadəni dayandırdığını bildirib.

İttiham tərəfi 3 il sınaq müddəti olmaqla 5 il həbs cəzası istəyib. Sərnişin uşağını itirdiyi üçün prokurorluq qəsdən adam öldürmə ittihamı irəli sürüb.  Lakin məhkəmə bu iddianı rədd edib.

Əks halda aktyor 4 il müddətinə həbs olunacaqdı. 


Seçilən
12
1
news24.az

2Mənbələr