AZ

Qardaşı arvadını öldürən şəxsin məhkəməsi başlayır

Bərdədə qətl törətməkdə təqsirləndirilən Azər İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Mikayıl Məmmədzadənin icraatına verilib.

 

Qeyd: Bu il avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

 

Kamal Məmmədov

 

 

Tarix: 21 Noyabr 2024, 08:55   
Seçilən
19
pravda.az

1Mənbələr