AZ

Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri: Orta dəhlizin inkişafı qlobal nəqliyyat şəbəkəsi üçün strateji əhəmiyyət kəsb edir

“Azərbaycan Dəmir Yolları” Orta Dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafında əsas rol oynayır.

“İki sahil” xəbər verir ki, bu barədə “Dəmir Yolları Əməkdaşlıq Təşkilatının” (DYƏT) sədri Miroslav Antonoviç jurnalistlərə müsahibəsində bildirib.

DYƏT sədri bu dəhlizin Asiya ilə Avropa arasında yük daşımalarının sürətləndirilməsi və sadələşdirilməsi üçün strateji əhəmiyyətini vurğulayıb, həmçinin sürətin artırılması və infrastrukturun modernləşdirilməsi kimi prioritet vəzifələri qeyd edib.

O əlavə edib ki, son görüşlərdə gömrük və nəzarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal texnologiyaların, o cümlədən “bir pəncərə” sisteminin tətbiqi məsələləri müzakirə olunub.

M.Antonoviç qeyd edib ki, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində Orta Dəhlizin inkişafına yönəlmiş yeni layihələr üçün investisiya mexanizmləri işlənib hazırlanır.

Miroslav Antonoviç əlavə edib ki, Orta Dəhlizin inkişafı təkcə regional deyil, həm də qlobal nəqliyyat şəbəkəsi üçün strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2023-cü ildə “ADY” QSC BMT-nin Qlobal Sazişinə qoşulub və bu təşəbbüs çərçivəsində BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasına, eləcə də ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahəsində fəaliyyət proqramını daha da təkmilləşdirməklə ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır. Yaşıl Dünya Naminə Həmrəylik İli və COP 29 çərçivəsində Azərbaycan Dəmir Yolları resurslardan səmərəli istifadəyə yönəlmiş yeni texnologiyaların tətbiqini aktivləşdirəcək.

Seçilən
57
ikisahil.az

1Mənbələr