AZ

Azərbaycan meyvələri üçün yeni bazar AXTARIŞINDA

Azərbaycan əlverişli iqlim şəraiti və kənd təsərrüfatı potensialı ilə meyvə və tərəvəz istehsalında önəmli bir mövqeyə malikdir. Dünya bazarında rəqabət artdıqca, Azərbaycan üçün yeni satış bazarları tapmaq və mövcud bazarları genişləndirmək aktuallığını artırır.  

 

Meyvə və tərəvəzlə təminatımız necədir?

 

Əvvəlcə ölkəmizin meyvə və tərəvəz balansına nəzərə salaq.

 

Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, Azərbaycanın illik tərəvəz ehtiyatı 2,2 milyon ton təşkil edir. Bunun 1,8 milyon tonu və ya 81 faizi daxili istehsalın payına düşür. İstehsalın 10 faizi, təxminən 180 min tonu xaricə ixrac olunur. Xaricdən tərəvəz idxalı təxminən 60 min tondur. Son 5 ildə ixrac göstəricilərinə nəzərə salanda məlum olur ki, 2023-cü ili çıxmaqla tərəvəz ixracı azalmağa doğru gedir.  

 

Meyvə və giləmeyvə üzrə ölkənin ehtiyatı 1,5 milyon ton qiymətləndirilir. Bunun təxminən 1,3 milyon tonu ölkədə istehsal olunur, 170 min ton meyvənin xaricdən ixrac edirik. Təbii ki, burada Azərbaycanda yetişdirilməyən tropik meyvələr üstünlük təşkil edir. Ölkəmizin iqlim şəraiti nəzərə alınaraq həmin meyvələrin idxalı təbiidir. Azərbaycandan xaricə meyvə ixracı ildə 500 milyon tondan çoxdur. Tərəvəz məhsullarından fərqli olaraq meyvə ixracımız ilbəil artır. 2018-ci illə müqayisədə artım 50 faiz təşkil edib. 

Hələlik meydan Rusiya bazarlarıdır

 

Hələlik Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ən böyük ixrac Rusiya bazarınadır. Rusiya bazarına çoxlu sayda meyvə və tərəvəz ixrac edən Azərbaycan bu ölkə ilə olan coğrafi yaxınlığı və ticarət əlaqələri sayəsində üstünlük əldə edir. Rusiyaya  ixrac edilən məhsullar arasında pomidor, nar, alma, üzüm, xiyar, badımcan və digər tərəvəzlər üstünlük təşkil edir. 

 

Son illərdə Azərbaycan Yaxın Şərq ölkələrinə, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Oman kimi ölkələrə məhsullarını ixrac edir. Bu bazarların genişlənməsi, Azərbaycanın yerli istehsalçıları üçün əhəmiyyətli iqtisadi faydalar təmin edir. Əlavə olaraq, bu regionlarda təzə məhsullara olan tələbat yüksəkdir.

 

Avropa ölkələri də  Azərbaycanın meyvə və tərəvəzinə maraq göstərir. Azərbaycanın məhsulları, Avropada təbii və orqanik məhsul axtarışında olan istehlakçılar tərəfindən müsbət qarşılanır. 
Azərbaycan meyvə və tərəvəzi potensial bazarlar mövcuddur. 

 

Avropa bazarı

 

Avropa bazarı Azərbaycanın meyvə və tərəvəzlərinin yeni ixrac bazarı üçün ciddi perspektiv təklif edir. Avropa İttifaqı ölkələrində ekoloji təmiz və orqanik məhsullara böyük maraq var. Azərbaycan ekologiya standartlarına uyğun məhsullar istehsal edərək bu bazara daxil ola bilər. Pomidor, albalı, alma və digər meyvə və tərəvəzlər üçün Avropa bazarına ixracat potensialı mövcuddur. 

 

Asiya bazarı

 

Asiya regionunda  Çin və Hindistan kimi böyük bazarlar Azərbaycanın meyvə və tərəvəzləri üçün potensial bir hədəf ola bilər. Bu bazarlarda kənd təsərrüfatı məhsullarına tələbat artır və Azərbaycan, coğrafi yaxınlığı və keyfiyyətli məhsulları ilə bu bazarlara daha asanlıqla daxil ola bilər. Çin və Hindistan böyük istehlakçı bazarları ilə zəngindir və Azərbaycan burada həm təzə, həm də qurudulmuş meyvə və tərəvəzlərin ixracını artıra bilər. 

 

Yaxın Şərq və körfəz ölkələri

 

Yaxın Şərq, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Oman kimi ölkələr, Azərbaycanın meyvə və tərəvəzləri üçün vacib və potensial bazarları təşkil edir. Bu ölkələrdə yerli kənd təsərrüfatı məhsulları məhduddur və nəticədə idxal olunmuş məhsullara böyük tələbat yaranır. Azərbaycan bu regionda təzə meyvə və tərəvəzləri ilə ciddi mövqe tuta bilər. Quru meyvələr, pomidor, xiyar və digər tərəvəzlər üzrə ixracı genişləndirə bilər. Azərbaycan məhsullarının keyfiyyəti və təbii mühitin təqdim etdiyi üstünlüklər bu bazarda rəqabətə davamlı olmağa imkan verir.

 

Afrika Bazarı

 

Afrika bazarı, Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün genişlənə biləcək bir sahədir. Bu regionda qida məhsullarına tələbat artır və yerli istehsalın kifayət etmədiyi sahələrdə idxal çox vacibdir. Azərbaycanın meyvə və tərəvəzləri Afrika ölkələrində ərzaq təminatı və ixracat tələblərini qarşılayaraq bu bazarda da mövqeyini qura bilər. Eyni zamanda, Afrika bazarının daha az inkişaf etmiş logistika və ticarət şəbəkələri Azərbaycana daha sərfəli qiymətlərlə məhsul təklif etməyə imkan verir.

Cənubi Amerika bazarı

 

Latın Amerikasında Braziliya və Meksika kimi böyük ölkələr, kənd təsərrüfatı sahəsində böyük potensiala sahibdir, lakin onların da müxtəlif meyvə və tərəvəz məhsullarına olan ehtiyacı var. Azərbaycan bu regiona təzə meyvə və tərəvəzlər, xüsusilə nar, ərik və digər xüsusi məhsullarla daxil ola bilər. Azərbaycan məhsullarının sərfəli qiymətləri və keyfiyyəti bu bazarda müsbət qəbul oluna bilər.

 

İxracın genişləndirilməsi üçün hansı tədbirlər görülməlidir?

 

Azərbaycanın meyvə-tərəvəz ixracını artırmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Beynəlxalq bazarlarda rəqabətliliyin artırılması üçün ilk növbədə keyfiyyət və təhlükəsizlik standartlarına əməl olunmalıdır.  Avropa və digər inkişaf etmiş bazarlarda məhsulların keyfiyyəti, pestisidlər və digər kimyəvi maddələrin qalıqları kimi məsələlər ciddi şəkildə nəzarət olunur. Meyvə və tərəvəzlərin daşınması və saxlanması üçün müasir logistika sistemlərinin olmaması ixracın qarşısında əsas maneədir. Xüsusilə, soyuducu anbarların və nəqliyyat vasitələrinin məhdudluğu  məhsulların xarici bazarlara vaxtında və keyfiyyətli çatdırılmasına mane olur.

 

Yeni bazarların axtarışı və diversifikasiyası məsələsinə diqqət artırılmalıdır. Məhsulların  beynəlxalq bazarlarda tanıdılması və düzgün marketinqi təşkil edilməlidir. 

 

Xarici ölkələrdə ticarət rejimi və qaydalarına  dəyişikliklər və siyasi gərginliklər Azərbaycanın meyvə və tərəvəz ixracını təsir edə bilər. Bəzi xarici bazarlarda tətbiq olunan tariflər və kvotalar da problemlər yaradır.
Azərbaycanın bəzi meyvə və tərəvəzləri üçün yeni bazar axtarışı inkişaf etməkdə olan ölkələrə yönəlməlidir.

 

Orta Asiya ölkələri, Mərkəzi Şərqi Avropa və Baltikyanı regionlar kimi bazarlarda tələbat böyükdür.  Bu regionlarda Azərbaycan məhsullarına ehtiyac duyulur, çünki bu ölkələrdə təbii iqlim şəraiti bəzi məhsulların istehsalını məhdudlaşdırır. Azərbaycan məhsullarının həmin bazarlara geniş perspektivlər yarada bilər. 

Seçilən
5
3
modern.az

4Mənbələr