AZ

Vüsalə buna görə and içdi!

Aparıcı Vüsalə Əlizadənin bir sıra plastik əməliyyatlar keçirdiyi iddia olunub.

OLAY yazır ki, bununla bağlı televiziya ulduzuna izləyicilər instaqramda çoxsaylı suallar ünvanlayıblar.

İzləyicilərdən birinin “Burun əməliyyatınızı (rinoplastika) nə zaman və hansı cərrah edib?” sualına Vüsalə “Etməmişəm! Allaha and olsun ki, anamın və atamın istehsalıdır” cavabını verib.

Daha sonra Əlizadəyə gözlərində “Blefaroplastika” (göz qapaqlarının plastik əməliyyatı. Estetik cavanlaşma məqsədi ilə üst və alt göz qapaqlarının cərrahi olaraq qaldırılmasıdır – red.) əməliyyatının etdirməsi ilə bağlı sual ünvanlanıb. 

“Xanım elə rahat və arxayın yazıb ki, elə bil əməliyyata bir yerdə girmişik. Ay xanım mən göz qapağı əməliyyatı etdirməmişəm. Bir gün görüş təşkil edəcəyəm. Hamınız yığılın baxın mənə. Niyə hər şeyi əməliyyata bağlayırsınız. Ehtiyac olsa gələcəkdə edəcəyəm amma hələki şükür ehtiyac yoxdur. Bunun üçün peşəkar həkim – kosmetoloqun məsləhəti ilə düzgün botoks etmək yetərlidir”, - deyə V.Əlizadə suala cavabını yazıb. 

Seçilən
14
1
olay.az

2Mənbələr