AZ

Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan eks-vəzifəli şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə rüşvət almada təqsirləndirilən Sabir Əsədovun (şərti) barəsindəki hökmdən yenidən verilən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 
 

Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, Sabir Əsədov Baş Dövlət Yol Polisi idarəsinin 7 saylı Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin dövlət əmək müfəttişi vəzifəsində işləyib. O, xidməti vəzifəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Yenikənd kənd sakini N.N.in (şərti) etibarnamə ilə idarə etdiyi “VAZ-2107” markalı avtomobilin texniki baxışdan keçirilməsi üçün zəruri olan sənədlərin düzəldilməsi müqabilində ondan 2021-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə və saatında 150 manat məbləğində pulunu qəsdən rüşvət qismində tələb edib alıb.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Ağır Cinayətlər Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. 

 

Kamal Məmmədov

Tarix: 21 Noyabr 2024, 09:20   
Seçilən
12
4
pravda.az

4Mənbələr