İspaniyalı futbolçu Xuan Mata da klub sahibi olub.
Publika.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ABŞ-nin "San Dieqo" klubundan pay alaraq ortaq rəhbərlərdən birinə çevrilib.
Mata MLS klubunda pay sahibi olan ilk aktiv futbolçudur. O, Devid Bekhemdan sonra MLS-də rəhbər olan ikinci əcnəbi futbol adamıdır.
Növbəti mövsümdən "San Dieqo" əsas milli çempionatda - MLS-də mübarizə aparmağı planlaşdırır.