Naxçıvan Səhiyyə Nazirliyində aparılan korrupsiya araşdımalarından sonra bir neçə yüksək vəzifəli şəxsin saxlanıldığı bildirilir. Onlar haqqında həbs-qətimkan tədbiri seçild gözlənilir.
Mia.az-ın məlumatına gərə, bu barədə "Gündəlik Naxçıvan“a nazirlikdəki mənbələr məlumat verib. Məlumata görə, nariz Samiq Sadıxovun da həbs olunacağı gözlənilir.
“Üç gündür ki, nazirlikdə yoxlamalar gedirdi. Bu gün müavinlər də daxil olmaqla bir neçə vəzifəli şəxsİ gəlib, DTX-ya apardılar. Bundan əlavə bütün xəstəxanaların rəhbərliyini DTX-ya yığıblar. Söhbət milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsindən, rüşvət hallarından gedir. Dindirildikdən sonra onların çoxunu sərbəst buraxıblar. Deyilənə görə, hədəfdə nazirdir. Agentliyin rəbhəri Vüsal Məmmədov və Tibbi Sığorta müridi Elnur İbrahimovun saxlanıldıqları dəqiqdir. Onlar nazirlə əlbir olub, milyonlala manatı mənimsəməkdə ittiham olunurlar. Digər saxlanılanlarla bağlı hələlik dəqi məlumat yoxdur deyə, ad çəkə bilmərəm”.