"Real"ın forvardı Endrik karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbəyə görə, braziliyalı hücumçu "Roma"nın maraq dairəsindədir. Böyük ehtimalla yanvarda İtaliya nəhəgi ilə yekun nəticəyə varılacaq.
Xatırladaq ki, Endrik İspaniyadakı ilk mövsümündə "Real"ın heyətində bütün yarışlar daxil 10 matçda iştirak edib. O, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.