AZ

Qazaxıstan Bakı-Ceyhan kəmərinə 1,2 milyon ton neft göndərib

2024-cü ilin 10 ayının yekunlarına əsasən, magistral neft kəmərləri sistemi ilə Qazaxıstan Respublikasından neft nəqlinin həcmi 60 milyon tona çatıb.

Qazaxıstan Respublikasının Energetika Nazirliyi xəbər verir ki, Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməri ilə 46,3 milyon tona yaxın neft nəql edilib.

Atırau-Samara hissəsi ilə neft nəqlinin həcmi təqribən 7,2 milyon ton təşkil edib. Almaniyaya 1,2 milyon ton Qazaxıstan nefti göndərilib.

10 ayın yekunlarına görə, Aktau limanından 3,1 milyon tondan çox neft nəql edilib ki, bunun da 1,6 milyon tonu Mahaçqala limanı istiqamətində, 1,2 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində göndərilib.

Atasu-Alaşankou neft kəməri marşrutu ilə 1 milyon tondan çox neftin nəqli həyata keçirilib.

Seçilən
22
3
azpost.info

8Mənbələr