Qırğızıstan SSRİ dövründən qalan adlardan qurtulma prosesini sürətləndirir. Ölkənin Batken, Narın, Talas və Çuy rayonlarında bəzi kəndlərin adlarının dəyişdirilməsi nəzərdə tutulur.
Hafta.az-ın yazdığına görə, daha əvvəl Qırğızıstan Parlamentinə təqdim edilən qanun layihəsi 20 noyabr 2024-cü ildə keçirilən ilk iclasda təsdiqlənib. Buna görə; Çuy, Talas, Cəlalabad və İssık-Kul rayonlarında 7 kəndin adının dəyişdiriləcəyi öyrənilib.
Mövzu ilə bağlı Qırğızıstan Dövlət Xidməti və Yerli İdarəetmə Agentliyindən verilən açıqlamada, Talas rayonunun Yıntımak kəndinin Şadıkan, eyni bölgədəki Novodonetskoye kəndinin Aytmatov, Kozuçak kəndinin Cankoruz, Oluya kəndi isə Canıbek Batır kəndi adlandırılıb.
Digər tərəfdən, Çuy rayonundakı Çon-Arık kəndinin Sıdilay, İssık-Kul bölgəsindəki Teploklyuçenka kəndinin Ak-Su, Narın rayonundakı bir kəndin isə Bayali İsakeyev adlandığı qeyd edilib.