AZ

İdmanda davamlılığın təmin edilməsi üçün sponsorluğa vergi güzəştləri təklif olunur

İdmanda davamlılığın təmin edilməsi üçün sponsorluğa vergi güzəştləri təklif olunur.

Fins.az xəbər verir ki, Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bu məsələ ilə bağlı fikirlərini bildirib.

Ş.İsmayılov vurğulayıb ki, idmanda davamlılıq üçün maliyyə mənbələrinin mövcudluğu əsas şərtlərdən biridir:

“İdmanda maliyyə çatışmazlığı səbəbindən davamlılıqla bağlı ciddi problemlər ortaya çıxır. Bu problemlərin həllində sponsorların cəlb edilməsi əhəmiyyətlidir. Federasiyalar üçün sponsorluğa bağlı müəyyən vergi güzəştlərinin tətbiqi təklif olunur. Bu mexanizm dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Sponsorlar əgər müəyyən vergi güzəştləri qarşılığında idmana maliyyə dəstəyi göstərsələr, bu, idmanın inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.”

Komitə sədrinin təklifi idman sektorunda dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi və daha çox resursların idmana yönəldilməsi üçün perspektivli bir addım kimi qiymətləndirilir. Bu yanaşma həm idman federasiyalarının maliyyə dayanıqlığını artırar, həm də ümumilikdə ölkədə idman fəaliyyətinin inkişafına töhfə verər.

Seçilən
30
fins.az

1Mənbələr