AZ

COP29-un qeydiyyatı: 75 min 984 iştirakçı!

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 75 min 984 nəfər qeydiyyatdan keçib. Önların böyük hissəsi, yəni 57 min 160 nəfər əcnəbidir və 197 ölkəni təmsil edir. Qeyd edək ki, COP29 qeydiyyatdan keçən şəxslərin sayı COP26-da (44 min 165) və COP27-də (54 min 109) qeydiyyatdan keçənlərin sayından artıqdır.

29-cu iqlim konfransı çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub. Noyabrın 22-dək davam edəcək COP29 Azərbaycanın indiyədək evsahibi olduğu ən nəhəng tədbirdir və regionda ilk dəfə respublikamızda reallaşır.

Bu nüfuzlu konfransdan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. COP29 Sədrliyi iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, “yaşıl” enerji dəhlizləri, “yaşıl” enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, “yaşıl” rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

XQ

Seçilən
14
7
xalqqazeti.az

10Mənbələr