AZ

Ekoloji sabitlik dünyada yerdəyişməni 80 faiz azalda bilər

Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Uqoçi Daniels BMT-nin 29-cu iqlim sessiyası çərçivəsində keçirilən iclasında təmsil olunduğu qurumun hesabatına əsaslanaraq 280 milyondan çox insanın doğulduğu yerdən kənarda yaşadığını deyib.

O, 2022-ci ilin sonuna qədər 71 milyondan çox insanın öz ölkəsi daxilində miqrasiyaya məruz qaldığını və bunun 20 milyondan çoxunun iqlim fəlakətləri səbəbindən yurd-yuvasından didərgin düşdüyünü qeyd edib.

Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi əlavə edib ki, iqlim dəyişikliyinə görə bu göstəricilər getdikcə pisləşəcək. Proqnozlara əsasən, 2050-ci ilədək 260 milyondan çox insan öz ölkəsi daxilində yerdəyişməyə məruz qalacaq. Lakin səmərəli iqlim tədbirlərinin həyata keçirilməsi ilə bu rəqəmi 80 faiz azaltmaq olar.

XQ

Seçilən
28
xalqqazeti.az

1Mənbələr