AZ

Qıdıqlanarkən gülməyimiz digər gülüşlərdən fərqlidir

Yazını böyüt
Yazını kiçilt

Yeni bir araşdırma göstərir ki, insanların qıdıqlanan zaman gülmə tərzi, məsələn, zarafat eşitdikdə güldüklərindən tamamilə fərqlidir.

Hafta.az-ın yazdığına görə, Amsterdam Universitetinin tədqiqatçıları deyirlər ki, həm maşınlar, həm də insanlar müxtəlif gülüş növlərini ayırd etməyi öyrənə və gülüşün qıdıqlanma nəticəsində yarandığını müəyyən edə bilirlər.

Gülüş mürəkkəb davranışdır və oxşar ifadələr şimpanzelər, dələ meymunları və itlər də daxil olmaqla bir çox məməlilərdə müşahidə olunur. Özünün və ya başqasının səsini eşitməyən karların belə gülməsi bu prosesdə genetik mexanizmlərin rol oynadığını göstərir.

Lakin elm adamları deyirlər ki, gülüş müxtəlif formalarda olur. Məsələn, oyun oynayanda və ya gülməli bir şeyə baxarkən və bu fərqləri araşdırmaq onların unikal funksiyalarını başa düşmək üçün vacib ola bilər.

Qıdıqlama hətta makaka meymunlarında və şimpanzelərdə də baş verən oynaqlıq formasıdır və insanlarda, digər məməlilərdə oyun gülüşü arasında ən yaxın təkamül əlaqəsidir.

“Biology Letters” jurnalında nəşr olunan yeni araşdırmada; 900-ə yaxın gülüş klipinin audio komponentləri, o cümlədən qıdıqlama, zarafat, komediya tamaşaları, məzəli oyunlar və kiminsə bədbəxtlik yaşadığını görmək kimi real həyat anları araşdırıldı. Alimlər bu gülüş qeydlərindən maşın öyrənmə alqoritmini hazırlamaq və sınaqdan keçirmək üçün istifadə ediblər.

Sonra, ikinci təcrübədə, 200-dən çox iştirakçı 900 parçadan 30-na qulaq asdı və onlardan qıdığın səbəb olduğu gülüşləri aşkarlamasını istədi. İştirakçılar bu gülüş növünü yüzdə 60-dan yuxarı nisbətlə düzgün müəyyən edərkən, ikinci qrup dinləyicilər bu gülüşün daha az nəzarətlə eşidildiyini bildiriblər.

Tədqiqatçılar aşkar ediblər ki, həm maşın öyrənmə modeli, həm də insan subyektləri qıdıqla səbəb olan gülüşləri ayırd etməkdə kifayət qədər bacarıqlıdırlar. Alimlər deyirlər ki, “dinləyicilər heç bir vizual işarəyə malik olmadan qıdıqla yaranan gülüşü dəqiq ayırd edə bilirlər. Nəticələrimiz göstərir ki, qıdıqla səbəb olan gülüş unikal akustik və qavrayış profilinə malikdir”.

Alimlər belə nəticəyə gəliblər ki, qıdıqlananda gülməyimiz digər halların səbəb olduğu gülüşdən aydın şəkildə fərqlənir və təkamül zamanı qorunub saxlanılmış cavab ola bilər. Məsələn, qıdıqlama nəticəsində yaranan gülüşdə daha çox oyanma müşahidə edilir.

Tədqiqatçılar hesab edirlər ki, tapıntılar həm də müxtəlif davranışların təkamül əhəmiyyətini işıqlandıran mürəkkəb insan davranışındakı nümunələri aşkar etmək üçün maşın öyrənmə potensialına malikdir.

Seçilən
12
hafta.az

1Mənbələr