AZ

Ermənistanla sülh müqaviləsinin hansı bəndləri razılaşdırılmayıb?

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin iki bəndi razılaşdırılmayıb.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan diplomatik mənbələri məlumat yayıb.

Bildirilir ki, razılaşdırılmayan bəndlərdən biri Azərbaycan tələbi ilə Avropa İttifaqının (Aİ) müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədindən çıxarılmasıdır.

Məlumata görə, ikinci məqam isə beynəlxalq məhkəmələrdə Ermənistanın Azərbaycana qarşı iddialarının rədd edilməsidir. 

Qeyd olunub ki, hazırda Qərb avropalı müşahidəçilərə təzyiq göstərir ki, onlar bölgədə qalsınlar və regional hadisələri izləməyə davam etsinlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
3
missiya.az

1Mənbələr