AZ

"İrşad Electronics"ə yazılan protokola baxılacaq tarix açıqlandı

"İrşad Electronics" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsim Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə noyabrın 29-da baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 21 Noyabr 2024, 09:59   
Seçilən
11
1
pravda.az

6Mənbələr