AZ

"Su və iqlimə uyğunlaşma mövzuları əsas müzakirə mövzularıdır" - Jason Morrison

Image

Sakit Okean İnstitutunun prezidenti və BMT-nin Qlobal Razılaşmasının rəhbəri Jason Morrison mətbuata açıqlamasında bildirib ki, Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq. "İqlim üzrə məhkəmə proseslərinə gəldikdə, düşünürəm ki, kifayət qədər sürətli irəliləmirik. Yetərincə iddialı deyilik və nəticələr də bizim ambisiyalarımıza çatmaq üçün nəzərdə tutulmuş yolla uyğun deyil", - deyə o qeyd edib.

Müsbət tərəflərə də toxunan J.Morrison bildirib ki, iqlimə uyğunlaşmanın əhəmiyyəti daha çox dərk edilməyə başlanılıb: "Bu istiqamətdə davamlılıq yaratmaq üçün mühüm addımlar atılır. Bu COP-da və növbəti COP-da su və iqlimə uyğunlaşma mövzuları əsas müzakirə mövzuları sırasındadır və qlobal fəaliyyət gündəmi çərçivəsində irəli çəkilir".

Mətləb







Seçilən
17
10
baki-xeber.com

10Mənbələr