Bitcoinin qiyməti ilk dəfə 97 min dolları keçərək yeni rekord qırıb.

İndex.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçirilən seçkilərdə Donald Trampın qalib gəlməsindən sonra “Botcoin” sürətlə bahalaşmağa başlayıb.

Tramp ABŞ-ı rəqəmsal aktivlər sənayesinin mərkəzinə çevirmək, o cümlədən strateji “Bitcoin” ehtiyatı yaratmaq fikrindədir.