AZ

Uşaqlar arasında təhlükəli virus yayılıb: Valideynlərin nəzərinə

Uşaqlar arasında təhlükəli virus yayılıb.

Viral.az xəbər veriri ki, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qrip kimi xəstəliklərlə  oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova deyir ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox tam yayılır.

Son Yazılar:

Aytən Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, düzgün müayinə və müalicə edilməzsə böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə bir başa ürək əzələlərinə də təsir edə bilir ki, bu zaman ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşlışan valideynlər diqqətli olmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
13
30
viral.az

10Mənbələr