AZ

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində Ukraynanın NATO-ya qəbuluna qarşı çıxdığını və bunun Şimali Atlantika alyansının təhlükəsizliyi üçün risklər yaratdığını bildirib.

Musavat.com xəbər verir ki, Merkelin sözlərinə görə, o, 2008-ci ildə Ukraynanın və Gürcüstanın NATO-ya üzvlük Fəaliyyət Planının müzakirəsini Moskvanın mövqeyi nəzərə alınmadan aparmağın qeyri-ciddi olduğunu hesab edib. Keçmiş kansler əlavə edib ki, Rusiya Ukraynanın NATO-ya namizəd statusu almasını qəbul etməzdi.

Merkel həmçinin yazıb ki, Rusiya prezidenti Vladimir Putinin öz mövqeyinə olan qəti inamı onu çox təəcübləndirib.

Eyni zamanda o qeyd edib ki, 2017-ci ildə ABŞ prezidenti Donald Trampla görüşündə Trampın Vladimir Putinlə bağlı verdiyi suallar ona amerikalı liderin Rusiya prezidentindən təsirləndiyini düşünməyə əsas verib.

Angela Merkelin "Azadlıq. Xatirələr 1954-2021" adlı memuarları 26 noyabrda Berlində təqdim ediləcək.

Seçilən
57
39
musavat.com

10Mənbələr