AZ

İngiltərədən uşaqlara sosial media qadağası

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya üzrə Dövlət Naziri Peter Kyle uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün 16 yaşından kiçiklər üçün sosial media qadağasının gündəmdə olduğunu söylədi.

Turkustan.az xəbər verir ki, ITV News kanalına verdiyi açıqlamada Kayl internetin uşaqlar üçün təhlükəsiz olması üçün əlindən gələni edəcəyini bildirib. Buna nail olmaq üçün 16 yaşın altındakı insanlar üçün sosial medianın qadağan edilməsinin masada duran variantlardan biri olduğunu ifadə edən Kayl, “Mən məcbur olmadıqca bir şeyi birbaşa qadağan etmək istəmirəm, lakin hər zaman insanların təhlükəsizliyini ön planda tuturam" - dedi.

Kyle gələn il qüvvəyə minəcək "Onlayn Təhlükəsizlik Qanunu" - nun tətbiqindən məsul olan Rabitə Ofisinin texnologiya şirkətlərinə qarşı daha kəskin qərarlar verməli olduğunu ifadə etdi. O, həmçinin 16 yaşından kiçiklər üçün sosial medianın məhdudlaşdırılmasının müzakirə edildiyi Avstraliyadakı siyasətçilərlə də əlaqə saxladığını söylədi və əlavə etdi: "Onlayn mühitlərdə uşaqların təhlükəsizliyi hökumətimizin prioritetidir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr