Noyabrın 20- də saat 14 radələrində Şəki rayonunun Qudula kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
20 noyabr, 15.46
Şəkidə yol qəzası olub.
APA-nın xəbərinə görə, bu gün saat 14 radələrində rayonun Qudula kəndində Təbriz Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişin rayon sakini 1985-ci il təvəllüdlü İsmayılov Zamil Səməd oğlu xəsarət alıb.
