Bakı. Trend:
Noyabrın 20-də Kür Olimpiya Tədris İdman MərkəzindəAzərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinınbirgə təşkilatçılığı ilə üzgüçülük üzrə məşqçilər üçün növbətiseminar keçirilib.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, Üzgüçülük üzrə Azərbaycan milli yığma komandasının başməşqçisi, Əməkdar məşqçi, preofessor Rəşad Əbdürrəhmanovuntəlimçisi olduğu seminarda Mərkəzu Aran, Şəki, Zakatala, Qarabağ,Gəncə, Daşkəsən, Qazax və Tovuzda 20-yə yaxın məşqçi iştirakedirdi.
Bildirilib ki, seminarda 6-8 yaşlı uşaqlarda ilkinöyrədilmə məşqlərinin planlaşdırılması və bioloji xüsusiyyətlərinməşq planına uyğunlaşdırılması, valideynlərlə işin təşkili vəünsiyyət, o cümlədən sərbəst və arxası üstə üzmə üsulunun öyrədilməmetodikası, texnikaların inkişafına yönələn tapşırıqlar tədrisolundu.
Seminarda məşqçilərə tədris olunan mövzular əyanivasitələr və xüsusi texnologiya vasitələri ilə göstərildi, sondamövzularla bağlı müzakirələr aparıldı.
Seminarda iştirak edən təlimçilərə AzərbaycanÜzgüçülük Federasiyası tərəfindən sertifikat təqdim olunacaq.