"Barselona"nın futbolçusu Vitor Roke "Real2ın sabiq oyunçusu, hazırda "Əl-Nəsr"də çıxış edəm Kriştiano Ronaldo haqqında danışıb.
QOL.az xəbər verir ki, 19 yaşlı hücumçu 37 yaşlı forvardı öz kumiri adlandırıb:
“Kriştiano Ronaldo mənim kumirimdir. Neymarı da çox bəyənirəm, amma Kriştianu mənim üçün zirvədir”.
"Barselona"nın heyətində Roke bütün turnirlərdə 16 matçda iştirak edib və 2 qol vurub. Braziliyalı cari mövsümü icarə əsasında "Betis"də keçirir və o, artıq 14 matçda 5 qola imza atıb. Rokenin Kataloniya klubu ilə hazırkı əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.