İtaliyanın kənd təsərrüfatı naziri Françesko Lollobriqidanın sürət qatarında etdiyi hərəkətlər ölkədə böyük səs-küyə səbəb olub. Hadisədən sonra nazirdən istefaya göndərilib.Gununsesi.info bildirir ki, “Il Fatto Quotidiano” qəzetinin xəbərinə görə, İtaliyanın kənd təsərrüfatı naziri Francesco Lollobriqida iyul ayında qrup təcavüzü və kiçik cinayət təşkilatlarının mərkəzi ilə gündəmə gələn Caivano qəsəbəsində bir tədbirə getdiyi Trenitalia yüksək sürətli qatarını yarı yolda dayandırıb.Xəbərdə Lollobriqidanın məmurlara qatarın gecikməsi səbəbindən Caivanodakı mərasimə gecikəcəyini deyərək qatarı Roma yaxınlığındakı Ciampino stansiyasında saxlayıb, komandası ilə birlikdə enərək nazirliyin maşınları ilə yoluna davam etdiyi bildirilib.Lollobriqidanın adi sürət qatarını yarı yolda saxlayıb qatardan düşməsi ölkədə müzakirə mövzusuna çevrilib və müxalifətin reaksiyasına səbəb olub.Nazir adi sürət qatarını özünün “şəxsi xidməti avtomobili” kimi qəbul etdiyi üçün tənqid edilib.Bu arada Trenitalia şirkəti qatarın Ciampino stansiyasında dayanmasının heç bir gecikməyə səbəb olmadığını iddia edib.Ana müxalifət partiyası olan Demokratik Partiyanın (PD) lideri Elli Şleyn açıqlamasında Lollobriqidanın “təkəbbürlü və əxlaqsız” hərəkət etdiyini və bu məsələ ilə bağlı araşdırma təklifi verəcəklərini bildirib.Digər müxalifət partiyası olan 5 Ulduz Hərəkatının (M5S) lideri Cüzeppe Konte də Lollobriqidanın bu addımının vətəndaşların siyasətə inamı üçün dağıdıcı siqnal olduğunu bildirib.Müxalifətdəki “İtalia Viva” partiyasının lideri Matteo Renzi də xəbərin təsdiqlənəcəyi təqdirdə nazirin tutduğu vəzifədən istefa verməli olduğunu qeyd edib.Lollobriqida müxalifətin istefa çağırışlarına cavab olaraq verdiyi açıqlamada sürət qatarını şəxsi ehtiyaclarına görə dayandırması ilə bağlı iddiaları qəbul etməyib və qanuna uyğun hərəkət etdiyini müdafiə edib. Lollobriqida da istefa verməyəcəyini bəyan edib.Lollobriqida partiyası və iqtidarın əsas tərəfdaşı İtaliya Qardaşları Partiyası (FdI) də kənd təsərrüfatı nazirinə qarşı tənqidlərin “utanc verici və qəbuledilməz” olduğunu qeyd edib.Baş nazirin müavini və xarici işlər naziri, eləcə də iqtidarda kiçik tərəfdaş olan Forza Italia partiyasının lideri Antonio Tajani də Lollobriqidanı dəstəkləyib.Tajani dəmir yollarının və nazirin məsələyə aydınlıq gətirdiyini, heç bir sui-istifadənin olmadığını və kiminsə istefaya getməsinə ehtiyac olmadığını bildirib.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta