Bakı. Trend:
Bu gün yerli vaxtla 08:30-da İranın cənubunda yerləşən Buşehrvilayətinin Dəştestan rayonunda 4,6 bal gücündə zəlzələ başverib.
Trend-inməlumatına görə, bu barədə Tehran Universitetinin Geofizikaİnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Dəştestan rayonun Bərazcan məntəqəsindəqeydə alınıb. Yeraltı təkanların ocağı 6 km dərinlikdəyerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.