AZ

İranın Qərbi Azərbaycan əyalətində yeni valiyə qarşı etiraz aksiyası keçirilib

İranın Qərbi Azərbaycan əyalətində yeni valiyə qarşı etiraz aksiyası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Araznews” yayıb.

Bildirilib ki, Qərbi Azərbaycanın mərkəzi Urmiya şəhərində sakinləri İran hakimiyyətinin milli iğtişaş yaradan siyasətinə etiraz ediblər.

Məlumata görə, Urmiya şəhərinin voleybol komandası ilə Tehranın “Peykan” klubu arasında “Əl-Ğədir” stadionunda keçirilən qarşılaşma zamanı minlərlə azarkeş hakimiyyətin əyalətdəki antitürk, anti-Azərbaycan siyasətinə qarşı şüarlar səsləndiriblər: “Urmiya türkündür, türkün qalacaq!”, “Azərbaycan var olsun - istəməyən kor olsun!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Türk dilində mədrəsə (məktəb) olmalıdır hər kəsə!”.

Onlar Qərbi Azərbaycan əyalətindən olan prezident Məsud Pezeşkiana müraciət edərək bu bölgəyə terror tərəfdarı (PKK terror qruplaşması təəssübkeşi nəzərdə tutulur-red.) valini təyin etməməyi tələb ediblər. Etirazçılar prezidenti Qərbi Azərbaycana yerli sakinlərdən birini vali təyin etməyə çağırıblar.

Bildirilib ki, Qərbi Azərbaycan, o cümlədən onun mərkəzi şəhəri Urmiya tarix boyu türklərin (azərbaycanlıların) yaşadığı əyalətdir. Bölgəni həmişə türklər idarə edib. Son 15 ildə hakimiyyət bölgəyə PKK simpatizanlarını vali təyin edir.

Bu bölgə Türkiyə ilə sərhəddə yerləşir. İran hakimiyyəti bölgəyə türk olmayanları yerləşdirməklə Türkiyə ilə Güney Azərbaycan arasında tampon zona yaratmaq siyasətini davam etdirir.

Vurğulanıb ki, hakimiyyətin bu siyasəti İkinci Qarabağ zəfərindən sonra gözlə görünəcək dərəcədə sürətlənib.

Seçilən
12
3
operativmm.az

4Mənbələr