AZ

Taekvondo üzrə Avropa çempionatında ilk medal

21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yarışın ilk günündə 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Azərbaycan millisinin 6 taekvondoçusu dayanq üzərinə çıxıb. Səyyad Dadaşov yığmamızın ilk medalını qazanıb. 54 kq çəkidə çıxış edən idmançımız yarımfinala qədər bütün rəqiblərinə qalib gəlsə də, finalın bir addımlığında büdrəyərək bürünc mükafatla kifayətlənib.

Eyni çəkidə çıxış edən Rahid Vəliyev 1/32 finalda mübarizəni dayandırıb. Həmçinin Elcan Əliyev 1/32, Hüseyn Xudiyev 1/16, Nicat İsmayılzadə (hamısı 74 kq) 1/8 finalda yarışla vidalaşıb. Leyla Bəşirova (57 kq) isə 1/16 final səddini adlaya bilməyib.

Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 oğlan və 8 qız taekvondoçu ilə yollanıb.

İdman.biz

Məqalədə:
Seçilən
1
1
idman.biz

2Mənbələr