AZ

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb

2024-cü ilin ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 9.5% azalaraq 39 milyard 378.68 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son bir ildə ölkə üzrə ixrac 22.5% azalaraq 22 milyard 742.3 milyon ABŞ dolları, idxal isə 17.4% artaraq 16 milyard 636.4 milyon ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinə 6 mlrd. 105.9 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə azdır.

Seçilən
33
4
apa.az

5Mənbələr