AZ

ABŞ-nin Kiyevdəki səfirliyi işini bərpa edib

ABŞ-nin Kiyevdəki səfirliyi işini bərpa edib.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink özünün “X” sosial media hesabında məlumat yayıb. 

“ABŞ-nin Kiyevdəki səfirliyi müvəqqəti fəaliyyəti dayandırdıqdan sonra işini bərpa edib”, - deyə diplomat vurğulayıb.

Brink qeyd edib ki, biz ABŞ vətəndaşlarını ayıq-sayıq olmağa, yeniliklər üçün rəsmi Ukrayna mənbələrinə nəzarət etməyə və hava xəbərdarlığı zamanı sığınmağa hazır olmağa çağırırıq.

Qeyd edək ki, səfirlik noyabrın 20-də gözlənilən hava hücumu ilə bağlı məlumat aldıqdan sonra bağlanmışdı.

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr