AZ

"Yer kürəsində su axını orta həddən çox aşağıdır" - Ahlenbruk

"Yer kürəsinin təxminən yarısında su axını orta həddən aşağı və yaxud çox aşağı olub. Bu maraqlı məqamdır, çünki son 15 ayda, demək olar ki, hər ay temperatur rekordu qırmışıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Hava, İqlim və Su üzrə İxtisaslaşdırılmış Agentliyi - Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hidrologiya, Su və Kriosfer proqramının rəhbəri Stefan Ahlenbruk COP29 çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" adlı tədbirdə deyib:

"Planetdə əvvəllər heç vaxt bu qədər isti olmayıb. Atmosferdəki bu istilik çayları qurudur. Həmçinin okeanlarda da rekord tempuraturlara şahid olduq. Okeanlarda və atmosferdə yüksək temperatur daha çox ekstremal yağışa səbəb olub. Beləliklə, biz çox şiddətli daşqınlarla xarakterizə olunan bir il yaşadıq. İqlim dəyişikliyi nəticəsində bütün dünyada buzlaqlar sürətlə azalır. Məsələn, son 2 il İsveçrə buzlaqlarının təxminən 10%-i əriyib. Bu da qlobal miqyasda gözlədiyimizdən daha sürətli ərimədir".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
12
1
teleqraf.com

6Mənbələr