AZ

AQTA 1,4 milyon manata Şamaxıda inzibati bina tikdirir - TENDER NƏTİCƏSİ

Qida Təhlükəsizliyi Agentliyi “Şamaxı şəhərində, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati binasının tikintisi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Ağdamda yaşayış binalarının tikintisinə 24 milyon manat - SƏRF EDİLƏCƏK

FED.az xəbər verir ki, tenderin qalibi “Uğur Tikinti” MMC olub.

Qalib şirkətə 1 365 063 manat ödəniləcək.

Qeyd edək ki, bina Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsində tikiləcək.

Xatırladaq ki, “Uğur Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir və qanuni təmsilçisi Elvin Yusifov Fizuli oğludur.

Seçilən
12
fed.az

1Mənbələr