AZ

Rusiyada kərə yağı kəskin bahalaşdı

Rusiyada  noyabrın 12-dən noyabrın 18-dək olan həftə ərzində kərə yağının qiyməti 1,4% artıb.

 

Oxu24.com xəbər verir  ki,bunu Rosstat məlumatları sübut edir.

İlin əvvəlindən malların dəyəri artıq 30%-dən çox artıb.

Həftə ərzində digər süd məhsulları da bahalaşıb. Sərt, yarımbərk və yumşaq pendirlərin qiymətləri 1,3% artıb. Pasterizə olunmuş süd və xama 0,9% bahalaşıb. Sterilləşdirilmiş südün dəyəri 0,8%, kəsmikin qiyməti 0,6% artıb.

Digər məhsullarda, xüsusilə də tərəvəz məhsullarında da qiymət artımı qeydə alınıb. Dövr ərzində xiyarın qiyməti 11,3%, pomidorun qiyməti 6% bahalaşıb. Ağ kələmin qiyməti 4,7% artıb. Bundan əlavə, soğan (+4,4%), kartof (+3,8%), çuğundur (1,6%) və yerkökü (+1,3%) bahalaşıb.

BitRiver-in maliyyə analitiki Vladislav Antonov hesab edir ki, son bir ildə Rusiyada ərzaq məhsulları 50-100% bahalaşıb.

Bundan əvvəl rusiyalılara zəruri malların qiymətlərinin artması ilə bağlı xəbərdarlıq edilib.

 

Nigar

 

Seçilən
13
8
oxu24.com

10Mənbələr