AZ

Məşhur restoranın sahibinin ölkədən çıxışına "stop" qoyulur

Şüvəlanda yerləşən "Balıqçı" restoranın sahibi Xəlilov Fikrət Hüseynağa oğlunun ölkədən çıxışı məhdudlaşdırılır.

 

Pravda.az-ın xəbərinə görə, F.Xəlilovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib. 

 

Mahiyyət xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). Hakim Ülkər Həsənovanın icraatında olan işə noyabrın 28-də baxılacaq.

 

Xəyal Quliyev

Tarix: 21 Noyabr 2024, 10:57   
Seçilən
11
pravda.az

1Mənbələr