AZ

Tovuz futbolunun əfsanəsinin 60 illik yubileyi qeyd olunub

Tovuz futbolunun əfsanələrindən sayılan Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub.

"Report" "Turan Tovuz"un mətbuat xidmətinə istinadən xəbər verir ki, ardıcıl 1106 dəqiqə qapısını toxunulmaz saxlayan, 21 qolla ən məhsuldar azərbaycanlı qapıçı olan N.Sadıqovun yubileyi münasibəti ilə turnir təşkil olunub.

Yarışda “Turan Tovuz”la yanaşı, “Kəpəz”, “Azəri” (Gəncə), “Gəncə”, “Qazax Gənclər” və “Şəmkir”in 2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları iştirak ediblər.

İki gün davam edən turnirdə qrup mərhələsini maksimum nəticə ilə adlayan “Turan Tovuz” və “Kəpəz” finalda qarşılaşıblar. 3-cü yer uğurunda oyunda isə “Gəncə” “Azəri”yə rəqib olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Azəri” bürünc medallara sahib olub. Final oyununda isə “Turan Tovuz” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.

“Azəri”, “Kəpəz” və “Turan Tovuz”un bütün futbolçuları müvafiq medallarla təltif olunduqdan sonra baş mükafat – kubok yubilyar Nizami Sadıqov tərəfindən “Turan Tovuz”un müvafiq yaş qrupu üzrə komandasının kapitanına təqdim edilib.

Sonda veteran futbolçunun yubileyi münasibəti ilə ziyafət təşkil olunub, ona “Turan Tovuz”un 60 nömrəli forması hədiyyə olunub.

Seçilən
2
10
report.az

10Mənbələr