AZ

Bakıda “İqlim fəaliyyəti üçün dialoq" adlı panel müzakirələr keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov COP29 çərçivəsində Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutunun (IICA) təşkil etdiyi “İqlim fəaliyyəti üçün dialoq: su yoxdursa, ərzaq təhlükəsizliyi də yoxdur” adlı panel müzakirələrdə iştirak edib.

"Cebheinfo.az" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, suya əlçatanlıq, qida istehsalı və ərzaq təhlükəsizliyi, biomüxtəliflik, iqlim dəyişikliyinə davamlılıq və fəlakət riskinin azaldılması sahələrində kənd təsərrüfatı həllərindən bəhs olunan tədbirdə Mərkəz rəhbəri ona ünvanlanan suallar əsasında Azərbaycanda suvarma suyunun idarəedilməsi sahəsində görülən işlərdən danışıb. Bildirib ki, suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Direktor qeyd edib ki, ölkədə sututarlar, suvarma kanalları dövlətin maliyyəsi hesabına qurulur, köhnəlmiş sistemlər dövlət büdcəsi hesabına təmir olunur. Həmçinin son illərdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq suya artan tələbatın təmin olunması üçün yeni sututarlar yaradılır, suya qənaət edilməsi üçün onun örtülü kanallar və borular vasitəsilə çatdırılması istiqamətində işlər görülür.

R.Hüseynov, həmçinin vurğulayıb ki, kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemlərindən istifadə dövlət tərəfindən təşviq edilir, bu sistemlərin qurulmasına dövlət dəstəyi göstərilir. Fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20 %-ni avans şəklində ödəyir, 40 %-ni dövlət qarşılayır, qalan məbləğin də 5 il müddətində ödənilməsi üçün faizsiz kreditlər verilir.

O cümlədən, müasir suvarma sistemlərindən istifadə etməklə məhsul istehsal edən fermerlərə subsidiyalar verilir.

Tədbirdə su çatışmazlığı problemləri, kənd təsərrüfatında su idarəçiliyinin səmərəliliyinin artırılması və s. məsələlərlə bağlı maraqlı çıxışlar olub, müzakirələr aparılıb.

"Cebheinfo.az"

Seçilən
6
50
cebheinfo.az

10Mənbələr