AZ

Sülh müqaviləsində razılaşdırılmamış iki bəndin detalları açıqlandı

Məlum olduğu kimi, uzun zamandır Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır.

KONKRET.az “Hraparak”a istinadən xəbər verir ki, tərəflər arasında razılaşdırılmamış iki bənd var.

Nəşrin bu barədə diplomatik mənbələrdən məlumat əldə edib.

Qeyd olunub ki, bunlardan biri üçüncü dövlətin qüvvələrinin Azərbaycan – Ermənistan sərhədindən çıxarılması, digəri isə beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların rədd edilməsidir.

Bildirilir ki, birinci tələb sərhəddə Aİ müşahidəçilərinin olmadığı zaman irəli sürülüb və bu, yalnız Rusiya sərhədçilərinə aid olub, Ermənistan hakimiyyəti onların çıxarılmasına etiraz etməyib. Lakin sonrada sərhəddə müşahidəçi missiyası gəldikdən sonra, rəsmi Bakı bunu da tələblər sırasına daxil edib.

Həmçinin qəzet onu da yazıb ki, bütün bunlar razılaşdırılsa belə, sülh üçün Azərbaycan tərəfinin daha bir tələbi yerinə yetirilməlidir: Ermənistan konstitusiyasının dəyişdirilməsi.

Məlik,
KONKRET.az

Seçilən
47
konkret.az

1Mənbələr