AZ

Yeni Zelandiya “Hizbullah” və PKK-nı terror təşkilatı kimi tanıdı


Yeni Zelandiya Livanın “Hizbullah” hərəkatını terror təşkilatları siyahısına daxil edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq qərarı hökumətin rəsmi “New Zealand Gazette” nəşri dərc edib.
“Terrorla Mübarizə Aktına uyğun olaraq, “Hizbullah” hərəkatı Yeni Zelandiyada terror təşkilatı kimi tanınır”, - qərarda deyilir.
Qərara əsasən, Yəmənin “Ənsar Allah”, Somalinin “Əş-Şəbab” (“Gənc Mücahidlər Hərəkatı”), Fələstinin “İslami Cihad” hərəkatları, eləcə də Kürdüstan Fəhlə Partiyası (PKK) da terrorçular siyahısına daxil edilib.
Nəşr edilən sənəddə deyilir ki, təşkilat terrorçu təşkilatlar siyahısına daxil edildikdən sonra onlara əmlak, maliyyə və ya əlaqəli xidmətlər göstərən istənilən şəxs məsuliyyətə cəlb oluna bilər.
“Bundan əlavə, hər hansı bir əmlakın sadalanan təşkilatlardan hər hansı birinə aid olmasından şübhələnən hər bir hüquqi və ya fiziki şəxs bu barədə polis müvəkkilinə məlumat verməlidir”, - qərarda qeyd olunub.
Seçilən
19
yeniavaz.com

1Mənbələr