AZ

Su Konvensiyası: 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışı yoxdur

Dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya və kanalizasiyaya çıxışı yoxdur.

Bunu Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının katibi Sonia Koppel COP29 çərçivəsində keçirilən "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" tədbirində bildirib.

"Hazırda olduğumuz regionda şirin su ehtiyatlarının 60 %-dən çoxu transsərhəd hövzələrdə formalaşır. Milli səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yalnız 5 %-də su təchizatı, 16 %-də isə kanalizasiya və gigiyena yüksək prioritet hesab olunur, transsərhəd su isə 2 %-dən az nəzərə alınır. Ümid edirik ki, növbəti NDC-lərdə və hazırda hazırlanan NDC-lərdə suya daha çox diqqət yetiriləcək. Bu səbəbdən də Su Konvensiyası bu mövzulara dair təklifləri özündə əks etdirən fəaliyyət yönümlü bir sənəd yaradıb. Beləliklə, ilk növbədə, suyun keyfiyyətindən tutmuş tələbata qədər, eyni zamanda su təchizatı, kanalizasiya və trans-sərhəd məsələlərini bütünlüklə nəzərdən keçirən hərtərəfli ilkin qiymətləndirmələrin hazırlanması tövsiyə olunur", - deyə o qeyd edib.

Seçilən
36
3
aznews.az

4Mənbələr