Nadir növlərin dəyişməsi, biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə:dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin biomüxtəlifliyi də təsiri var:
"İqlim dəyişikliyi və onların canlı aləmə təsiri dünyanı narahat edir. Nadir növlərin dəyişməsi, biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır".
Nazir müavini qeyd edib ki, qlobal temperaturun artması xəstəliklərin də çoxalmasına səbəb olur.
"İqlim dəyişikliyi meşə ekosisteminə də təsirsiz ötüşmür. Meşə yanğınları, xəstəliklərin artması sırf bu səbəbdən qaynaqlanır. İqlim dəyişikliyinin təsirlərinin azalmasında əsas priotetlərdəndən biri də meşələrin qorunmasıdır", - deyə nazir müavini bildirib