AZ

Su ilə bağlı məsələlərin həlli üçün BMT strukturları arasında əməkdaşlıq gücləndirilməlidir - Böyük Britaniyadan baxış

Bakı. Trend:

Su ilə bağlı məsələlərin həlli üçün BMT-nin müxtəlifstrukturları və onun tərkibinə daxil olan konvensiyalar arasındaəməkdaşlıq gücləndirilməlidir.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniya Birləşmiş Krallığının və Şimali İrlandiyaXarici İşlər Nazirliyinin təbiət məsələləri üzrə xüsusi nümayəndəsiRut Devis COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da suhəllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları vəiqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəlidəyirmi masada bildirib.

"Uzun illər iqlim, təbiətin mühafizəsi və ərzaq təhlükəsizliyisahələrində çalışanlar üçün bu məsələlərin su vasitəsilə qarşılıqlıəlaqəsi aydın və təbiidir. Su bu sahələrin dayanıqlığınıdəstəkləməklə yanaşı, yaranan problemlərin göstəricisi rolunuoynayır.

Aydındır ki, su dünya ekosistemlərinin rifahını təmin etməkdəəsas rol oynayır. Tropik meşələrin sağlamlığı ilə bağlı bir nümunəgətirərək onun əhəmiyyətini göstərmək istəyirəm. Bu mövzu BMT-ninİqlim Dəyişikliyi üzrə Konvensiyasının müzakirələrinin mərkəzindədayanır. Tropik meşələrin sağlamlığı birbaşa suya bağlıdır, eynizamanda meşələr də su dövranının vacib bir hissəsidir. Onlaryağıntıları tənzimləyir və milyonlarla insanı qidalandıran tropikkənd təsərrüfatı hövzələrini təmin edir. Beləliklə, sağlam suekosistemləri dəstəkləyir, sağlam ekosistemlər isə su dövranınındavamlılığını təmin edir. Bu məqsədə nail olmaq üçün BMT-ninmüxtəlif strukturları və onun konvensiyaları arasında daha sıxəlaqə qurmaq lazımdır", – deyə R.Devis vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
37
3
az.trend.az

5Mənbələr