AZ

Həşərat qaçaqmalçısı həbs edildi

Peruda maraqlı qaçaqmalçılığın üstü açılıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Peru polisi mədəsində 320 tarantula , 110 qırxayaq və doqquz güllə qarışqası aparan şəxsi həbs edib. 28 yaşlı Cənubi Koreya vətəndaşı  Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanında rentgen kamerasındakı yoxlama zamanı şübhəli şəxs kimi saxlanılıb. Rentgen koreyalının mədəsində kiçik bağlamalar aşar etdiyindən araşdırmalar başlayıb. Məlum olub ki, “qonaq” mədəsində xüsusi qablarda yerləşdirilən yüzlərlə həşərat aparır. Həşəratların Peru Amazonlarında yerləşən Madre de Dios bölgəsindən yığıldığı güman edilir. Xatırladaq ki, tarantulalar nəsli kəsilməkdə həşəratlardır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr