AZ

Xuan Mata MLS klubunun ortaq sahibi oldu

style='margin-bottom:10px;'>

İspaniya millisinin sabiq üzvü, "Uestern Sidney Uonderers"in (Avstraliya) yarımmüdafiəçisi Xuan Mata ABŞ-ın "San Dieqo" klubunun ortaq sahiblərindən birinə çevrilib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb .

Bildirilib ki, 36 yaşlı futbolçu "San Dieqo"nun səhmlərinin bir hissəsini alıb.

Mata MLS-də mülkiyyət payına sahib olan ilk aktiv beynəlxalq oyunçudur.

Qeyd edək ki, Mata 2009-2016-ci illərdə İspaniya millisində oynayıb. O, klub karyerası ərzində "Real"ın B komandasında.həmçinin "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray" və "Vissel Kobe"də çıxış edib. 

Seçilən
29
teleqraf.com

1Mənbələr